Главная > Banner, Üst manşet, Alt Manşet > DİN-nin BDYPİ-nin müstəntiqi məndən 17 min pul aldı?-İddia

DİN-nin BDYPİ-nin müstəntiqi məndən 17 min pul aldı?-İddia


10 10 2017. Разместил: Sara

Azerbaycaninfo.az-n redaksiyasına Sumqayıt şəhəri, ev 1, mənzil 32 ünvanında qediyyatda olan Məmmədov Elçin Əzim oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Elçin Məmmədov şikayət məktubunda bildirir ki, 05.11.2016-cı il tarixində saat 16:30 radələrində Bakı-Qazax yolunun Ələt Qəsəbəsinin giriş hissəsində geriyə manevr edib yolun qarşı tərəfinə keçərkən, “Mersedes C180” markalı “90-XS-127” dövlət nömrə nişanlı minik avtomobili, mənim idarə etdiyim “Nissan sunay” markalı “90-SN-587” dövlət nömrə nişanlı avtomaşını arxa sol qanadından vuraraq aşırmışdır. Mənim idarə etdiyim avtomaşında 2 nəfər vəfat etmiş və mənimlə bərabər bir nəfər xəsarət almışdır. Şikayətçi bildirir ki, DİN-nin BDYPİ-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi Elşad Əmirov məndən 17.000(on yeddi min) pul alaraq işi tam bağlayacağını bildirdi. Sənədlərimi isə özümə qaytardı. Mən, Elşad Əmirovdan işin bağlanması haqqında son qərarı tələb edəndə o, məni idarənin rəisi Vuqar müəllimin yanına apardı. Rəis isə öz növbəsində işin doğrudan da bağlandığını, qərarın isə 10-15 günə veriləcəyini bildirdi. O gündən sonra düz bir ildir ki, bu qapıya ayaq döyürəm. Nə yekun qərarı, nə də 17 min pulu ala bilmirəm.
Məcburiyyət qarşısında qalaraq şikayət edəcəyimi bildirdikdə, hadisədən bir il keçməsinə baxmayaraq, 03.11.2017-ci il tarixdə pul verdiyim müstəntiq tərəfindən AR CM-nin 263.3-cü maddəsi ilə haqqımda yenidən cinayət işinin başlanmasına göstəriş verildi. Və barəmdə 3 ay həps qəti imkan tədbiri seçildi. Nə yaxşı ki, ədalətli hakimlər də var. Səbail rayon məhkəməsi dəlillərin yetərsizliyini əsas gətirərək mənim sərbəst buraxılmağıma qərar verdi.
Başıma gətirilən müsibətləri nəzərə alaraq, işin DİN-nin BDYPİ-nin İstintaq və Təhqiqat İdarəsindən alınaraq başqa bir istintaq idarəsinə verilməsi, təkrar ekspertiza təyin olunması, haqsız olaraq barəmdə seçilmiş AR CM-nin 263.3-cü maddəsinin dəyişdirilməsi, məndən alınan 17.000 min manat pulun qaytarılması və DİN-in BDYPİ-nin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarının barəsində qanuna müvafiq tədbir görülməsi barədə aidiyyatı qurumlar qarşısında problemin qaldırılmasını xahiş edirəm.
P.S. Redaksiya olaraq DİN-nin BDYPİ-nin sadalanan faktlara münasibətini öyrənməyə çalışsaq da, qarşı tərəf faktları nə təsdiq, nə də ki, təkzib etdi. Materialda adları keçən hər bir şəxsin münasibətini dərc etməyə hazırıq.
Azerbaycaninfo.az

Вернуться назад