Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xırdalanlı gənclər ağac kəsiminə etiraz etdilər- FOTOLAR


Azerbaycaninfo.az : Məlumata görə, Xırdalandakı Heydər Əliyev prospektində böyük bir sahədə yaşıllıqların məhv edilərək, yerində supermarket tikilməsi ilə bağlı məlumatlar daxil olub.
Sakinlər sözügedən ərazidə yaşıllıqların məhv edilərək yerində supermarketin tikilməsi ilə bağlı redaksiyamıza şəkillər göndəriblər.Şəkillərdə parkın əvvəlki vəziyyəti və sonradan ağaclar kəsilərək parkın tamamilə məhv edildiyi əks olunub.,Parkın ərazisində kimin supermarket tikməsi ilə bağlı məlumatlar yoxdur.
Verilən məlumata görə,Abşeron rayonu Xırdalan şəhərində gənclər Heydər Əliyevin müdafiəsinə qalxıb.
Daxil olan məlumata görə,bir qrup gənc tikinti aparılan ərazidəki marketin üzərinə Ulu Öndərin plakatlarını vuraraq tikintinin aparılmasına etiraz ediblər.Araşdırmalar göstərir ki adı çəkilən ərazidəki ağacların kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi sabiq Ekologiya və Təbii Səvvətlər Naziri Hüseynqulu Bağırovun dövrünə təsadüf edir.Təbii ki nazirliyin aidiyyatı qurumları və bu işə cavabdeh olan şəxlərin bu işdən xəbərsiz olması absurd görünür.Bəs görəsən yeni Ekologiya və Təbii Səvvətlər Naziri cənab Muxtar Babayevin bu işlərdən xəbəri varmı?
İstinad olunan mənbə:My Webpage
Xırdalanlı gənclər ağac kəsiminə etiraz etdilər- FOTOLAR
Xırdalanlı gənclər ağac kəsiminə etiraz etdilər- FOTOLAR
Xırdalanlı gənclər ağac kəsiminə etiraz etdilər- FOTOLAR
Xırdalanlı gənclər ağac kəsiminə etiraz etdilər- FOTOLAR


0 0



Şərhlər (Facebook)