Главная > Cəmiyyət > Döyüş yoldaşları üçün canından keçən qəhrəman

Döyüş yoldaşları üçün canından keçən qəhrəman


Dünən, 07:22. Разместил: azerbaycan
Bu əbədi yaşar qəhrəman İxtiyar Qasım oğlu Qasımovdur.
Qasımov İxtiyar 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1977-ci ildə indi onun adını daşıdığı Salahlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 1985-ci ildə səkkiz illik təhsilini bitirir və Bakıya gəlir. Təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Məktəbi uğurla bitirir. O, sənədlərini Gəncə Kənd Təsərrüfatı Akademiyasına verir. İmtahanları yüksək səviyyədə verərək aqranomluq fakultəsinə daxil olur. İxtiyar ilk kursdan fərqlənməyə başlayır. 1992-ci ilin yanvarında tələbələr istehsalat təcrübəsinə buraxılır. O fürsətdən istifadə edib, hərbi komissarlığa müraciət edir. Arzusunu yerinə yetirirlər. O, hərbi hissənin üçüncü batalyonun da əlinə silah götürür. Qasımov döyüşə kəşfiyyatçı kimi başlayır. Seçdiyi düzgün plan nəticəsində Qazancı kəndində ermənilərin üç PDM, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilir. 15 mayda Qasımov İxtiyar doğulub boya-başa çatdığı Ağdam rayonu Abdal-Gülablı kəndinə düşmənin basqınının qarşısının alınmasında xüsusi olaraq fərqlənir.
14 iyun 1992-ci il... Ermənilər Canyataq kəndinə hucuma keçirlər. Döyüş zamanı əsgərlərdən bir neçəsi yaralanır. İxtiyar onların düşmən əlinə keçməsindən etiyat edir. Özünü qabağa atıb, düşmənlə üzbəüz dayanır. O, əks hucumun qarşısını təkbaşına almağa müvəffəq olur. Yaralıları xilas edirlər. İxtiyarın özü isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Ağdam rayonunun düşmən əsarətində olan Salahlı kənd qəbirsanlığında dəfn edilib. Oxuduğu Salahlı kənd orta məktəb onun adını daşıyırdı. Şəhidlər-tarixin qan yaddaşıdır! Nəsillərin nəsillərə, bu günün gələcəyə əbədi yadigarı! Məzarın nurla dolsun.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmaqızı.
Вернуться назад