Azərbaycan İnformasiya Agentliyi (AİA)


VİLYAM HACIYEV SALEH SƏMƏDOVU NƏDƏN “KÜNCƏ QOYDU”?


VİLYAM HACIYEV SALEH SƏMƏDOVU NƏDƏN “KÜNCƏ QOYDU”?

Səmədovun ehtiyatsız hərəkəti ona bir böyük, üç kiçik və bir də ehtimal edilən olmaqla sayı 5 olacaq ziyanla nəticələnib


Əksər rayonlarda əyalət çaplı, maddi imkanı yaxşı olan şəxslərin özlərini və bizneslərini qorumaq məqsədilə rayon icra hakimiyyətinin başçılarına yaxınlaşmaları həmişə asanlıqla mümkün olmur. Adətən bu tip yaxınlaşmalar nələrinsə qurban verilməsindən sonra mümkün olur. Satandartlaşdırma, Meterologiya və Patent üzrə Dövlər Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri, iş adamı Saleh Səmədovun, İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə dostluq münasibətlərinin də maraqlı tarixçəsi var. Etibarlı mənbənin verdiyi məlumata görə bir neçə il öncə əslən İmişlidən olan iş adamı, "Messenat” holdinqin prezidenti Tofiq İsayevlə rayondaxili nüfuz müharibəsindən qalib çıxmış, holdinq rəhbərini gözdən salmağa nail olmuş Saleh Səmədovun özü bu gün Vilyam Hacıyev tərəfindən təcrid olunmuş formadadır. Mənbənin verdiyi məlumata görə bir neçə ay öncəyə qədər rayon icra hakimiyyətinin başçısı ilə sıx dostluq münasibətində olan S.Səmədov özünü rayonun rəhbəri kimi aparırmış. Hətta ayrı – ayrı nazirlik və dövlət komitələrinin İmişli rayonunda fəaliyyət göstərən regional idarələrinin rəhbərləri də uzun müddət Saleh Səmədovdan ehtiyat edirmişlər. Tofiq İsayevlə başlayan uzunmüddətli və bu günə qədər davam edən soyuq savaşın səbəbi də məhz Səmədovun rayon ərazisində özündən böyük kimsəni görmək istəməməsi olub. İmişlidə kifayət qədər böyük, hətta strateji hesab olunan biznes obyektlərinə sahib olan Tofiq İsayevin Saleh Səmədovun yersiz iddialarına tabe olmaması onu ikincinin sevmədikləri siyahısına salıb və nəticə yuxarıda qeyd edilən kimidir. Birincilərə yaxın olmaqda olduqca təcrübəli olan bu şəxs yenə də müxtəlif formalardan istifadə etməklə T.İsayevlə V.Hacıyevin dostluq körpülərini laxlada bilib. Həmin yeri dərhal zəbt edən Səmədovun şahlığı, illərlə özünü rayon birincisi hesab etməsi bir neçə ay öncə yaxın çevrəsi hesab etdiyi şəxslərin yanında işlətdiyi bircə cümləlik iddialı fikirlə sona çatıb. Sözsüz ki, Səmədovun iddialı fikri başçıya çatdırılıb və o iş adamının yersiz iddialarından narahat olub. Mənbənin bildirdiyinə görə kifayət qədər soyuyan münasibətlərdən narahat olan S.Səmədov bir müddət öncə ölkəni tərk edib. Məlumatı verən mənbə onu da bildirdi ki, təxminən 20 gün öncə yenidən vətənə dönən iş adamından rayonda fəaliyyət göstərən müəssisə rəhbərləri də artıq kənar gəzirlər. Mənbə əlavə olaraq bildirdi ki, S.Səmədov rayon icra hakimiyyəti başçısı ilə münasibətlərinin kəskinləşməsindən sonra rayon ərazisində fəaliyyət göstərən biznes obyektləri ilə də bağlı olduqca narahatdır.
Redaksiyadan: Məqalədə qeyd olunan fikirlərə aydınlıq gətirmək üçün əməkdaşımızın müraciətinə SMPDK-nın İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin rəisi, iş adamı S.Səmədov vaxtının olmamasını əsas gətirərək münasibət bildirmədi. Buna baxmayaraq məqalədə adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
P.S. Səmədovun ehtiyatsız hərəkəti ona bir böyük, üç kiçik və bir də ehtimal edilən olmaqla sayı 5 olacaq ziyanla nəticələnib. Bizi izləyin. Mövzuya qayıdacağıq.



0 0



Şərhlər (Facebook)