Azərbaycan İnformasiya Agentliyi (AİA)


İMİŞLİ RPİ-NİN RƏİS MÜAVİNİ HABİL AĞAYEV KİMİN ADAMIDIR?..


İMİŞLİ RPİ-NİN RƏİS MÜAVİNİ HABİL AĞAYEV KİMİN ADAMIDIR?..

M.Zülfüqarlı özü ilə bağlı İmişli PRİ-nin rəis müavini Habil Ağayevin hərəkətlərini isə məhz MTN-çilərin sifarişi hesab edir


İmişli şəhər L.Vəliyev küçəsi 38-də yaşayan jurnalist Məhbub Zülfüqarlının şikayəti əsasında dərc etdiyimiz "Rəis müavini rəsmi icazə verilən tədbiri pozdu” - adlı məlumatda olduqca maraqlı məqamlar öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər naziri cənab Ramil Usubova müraciət edən şikayətçi iddia edir ki, keçirilməsinə rəsmi icazə verilmiş tədbiri İmişli RPİ-nin rəis müavini Habil Ağayev bilərəkdən və aldığı sifarişə əsasən pozub. Tədbirin keçiriləcəyi ünvandan polis idarəsinə aparılan şikayətçi, rəis müavini Habil Ağayevin xidməti otağında "tikinti kralı” kimi təqdim etdiyi, Əvəz Şükürovun adamı adlandırdığı və mətbuat üçün yeni isim olan Ceyhun Quliyevin əyləşdiyini görüb.
İMİŞLİ RPİ-NİN RƏİS MÜAVİNİ HABİL AĞAYEV KİMİN ADAMIDIR?..
Bir neçə dəqiqə sonra Habil Ağayevin göstərişi ilə onun xidməti otağına İmişli DYP-nin əməkdaşları daxil olublar. "DYP əməkdaşlarının otağa daxil olmasından sonra mənimlə bağlı işin MTN-çilərin sifarişi və planı olduğunu bildim. Əslində mənə qarşı yönəli ittihamlarda İmişli RPİ-nin rəis müavini Habil Ağayev MTN generalı Mövlam Şıxəliyevin köməkçisi Bayram Şükürovun sifarişini yerinə yetirirdi.” –deyə qeyd edən M.Zülfüqarlı kifayət qədər ciddi nüanslardan xəbər verən məsələyə diqqət çəkir. Əvvəla MTN adlı qurum ölkə başçısının müvafiq Fərmanı ilə ləğv edilib. Yalnız dövlət vəzifəsindən sui-istifadə etməklə, iri miqyaslı müxtəlif xarakterli cinayətlərdə ittiham edilərək, haqqlarında həbs – qəti imkan tədbiri seçilmiş şəxslərdən bəhs edilərkən "MTN-çilər” ifadəsi işlədilir. M.Zülfüqarlı müraciətində əlavə olaraq bildirir ki, bir neçə dəqiqə sonra Habil Ağayevin xidməti otağına "Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin və ORİON MMC-nin rəhbəri Şükür Aslanov daxil oldu.
İMİŞLİ RPİ-NİN RƏİS MÜAVİNİ HABİL AĞAYEV KİMİN ADAMIDIR?..
Şükür Aslanovun onu mərhum oğlu haqqında guya nalayiq ifadələr işlətməkdə ititham etdiyini deyən şikayətçi, əlavə olaraq bildirir ki, özünü Əvəz Şükürovun adamı kimi təqdim edən Ceyhun Quliyev M.Zülfüqarlını hədələyərək "sən bilirsən ki, Əvəz Şükürov rayon məhkəməsinin sədri və RPİ-nin rəisi ilə dostdur? Əgər bizdən şikayət etsən səni həbs edəcəklər, türmədə isə başına oyun açacaqlar.” – deyə təhdid edib. Bu zaman rəis müavinin otağına daxil olan RPİ-nin müstəntiqlərindən biri Ceyhun Quliyevin hərəkətlərindən narazı olduğunu, "Ceyhun at oynatmamalı, həbs edilməlidir” – deyə bildirib. M.Zülfüqarlının şikayəti əsasında dərc edilən məlumat əslində bir çox qaranlıq mətləblərdən xəbər verir. Əvvəla şikayətçinin bəhs etdiyi Mövlam Şıxəliyev ləğv olunmuş MTN-nin İstintaq idarəsinin rəisi idi və media bu şəxs haqqında olduqca ilginc məlumatlar dərc edib. Eyni zamanda mətbuatda iş adamı Əvəz Şükürovun oğlu Bayram Şükürovun Mövlam Şıxəliyevin köməkçisi olması ilə bağlı hələ ki, şükürovlar tərəfindən rəsmi şəkildə təkzib edilməyən məlumatlar da dərc edilib. M.Zülfüqarlı özü ilə bağlı İmişli PRİ-nin rəis müavini Habil Ağayevin hərəkətlərini isə məhz MTN-çilərin sifarişi hesab edir.
İMİŞLİ RPİ-NİN RƏİS MÜAVİNİ HABİL AĞAYEV KİMİN ADAMIDIR?..
Mətbuat üçün yeni isim olan, özünü Əvəz Şükürovun adamı kimi təqdim edən Ceyhun Quliyevin məhz İmişli RPİ-nin rəis müavini Habil Ağayevin, ona vəzifəsini icra etmək üçün verilmiş xidməti otağında vəzifəli şəxslərin adından sui – istifadə etməklə "sən bilirsən ki, Əvəz Şükürov rayon məhkəməsinin sədri və RPİ-nin rəisi ilə dostdur? Əgər bizdən şikayət etsən səni həbs edəcəklər, türmədə isə başına oyun açacaqlar.” – deyə təhdid etməsi, rəsmi hesab edilən şəxsin isə bu vəziyyətdə seyriçi mövqe tutması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində "Səhlənkarlıq” bölməsində: 314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda – kimi qeyd edilir və cəzası "şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə...”-dir. Əslində bizim kiməsə, o cümlədən İmişli RPİ-nin rəis müavini, fəaliyyəti bilavasitə qanunun keşiyində durmaq olan şəxsə - Habil Ağayevə nəyi isə öyrətmək kimi bir səlahiyyətimiz yoxdur.

Sadəcə ölkə qanunlarını xatırlatmada qüsur və qanunsuzluq yoxdur. Bundan başqa M.Zülfüqarlının təbirincə desək özünü Əvəz Şükurovun adamı kimi təqdim edən və İmişli RPİ-nin rəis müavini Habil Ağayevin xidməti otağında şikayətçiyə vəzifəli şəxslərin adından sui – istifadə etməklə hədə qorxu gəlməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 301-ci maddəsində göstərildiyi kimi "Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə”dir. "Özbaşına ...vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə” - şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bütün bunlardan sonra əgər "İmişli RPİ-nin rəis müavini Habil Ağayev sonda mənə bir vərəq verib, barışıq ərizəsi yazın, məsələ bitsin deyə təkilif etdi. Mən həmin vərəqə heç nə yazmadan qol çəkib, nə istəyirsiniz özünüz yuxarıda qeyd edin dedim...” – deyə qeyd edirsə, onda... Şikayətçi ölkə başçısına müraciətinin sonunda xahiş edir ki:
1. "İmişli RPİ-nin rəis müavini Habil Ağayevin YPX əməkdaşlarını və özlərini Əvəz Şükürovun adamları kimi təqdim edən, "Azəravtoyol”un Regional Yol Təmir Tikinti İdarəsinin və ORİON –E MMC-nin rəhbərliyini aldatmaqla mənə qarşı qaldırmasının, onların psixoloji təzyiqlərinə məruz qoymasının səbəbləri araşdırılsın.
2. Əvəz Şükürovun və Şükür Aslanovun Aeroport yaxınlığında İmişli RPİ-nin rəis müavini Habil Ağayev üçün tikdirdikləri 3 mərtəbəli villanın onun hansı xidmətlərinə görə inşa edilməsi müəyyən edilsin.
3. İmişli RPİ-nin rəis müavini Habil Ağayevin Tofiq Ağacanava qarşı 2005-ci ildə etdiyi əməlləri yenidən, qanunun tələblərinə uyğun olaraq öz layiqli qiymətini alsın.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

conflict.az


0 0



Şərhlər (Facebook)