Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb - SİYAHI



Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Azərbaycaninfo.az "Report"-a istinadən xəbər verir ki Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndin ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili ilə iki minik maşının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar:
İlham Quliyev;
Elqəm Hüseynov;
Səxavət Quliyev;
Ramiz Quliyev;
Elsevər Hüseynov.

Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıların beşinin də vəziyyəti ağırdır: "Yaralılara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib".
Faktla bağlı araşdırmalara başlanılıb.


0 0



Şərhlər (Facebook)