Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bərdədə məcburi köçkünlər etiraz aksiyası keçirdi


Bərdədə məcburi köçkünlər etiraz aksiyası keçirdi

Bәrdә rayonunun Həsənqaya kəndində, Yevlax-Ağdam yolunun 20-ci kilometrliyində yeni mәnzilәrә köçәn mәcburi köçkünlәr etiraz aksiyası keçiriblər. TİA.AZ xəbər verir ki, informasiyanı Bərdə rayon polis idarəsi verib. Polis idarəsinin növbətçisi Azər Zeynalovun sözlərinə görə, mәcburi köçkünlәr Yevlax-Ağdam magistiral avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə gələn rayon icra hakimiyyәtinin və rayon polis şöbәsinin әmәkdaşları ilə danışıqdan sonra onlar yoldan çəkiliblər. Məcburi köçkünlərin əsas tələbi yaşadıqları mənzillərin istilik sistemleri ilə təmin edilməməsidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları problemin yaxın bir neçə gün ərzində hәll edilәcәyini deyib.



0 0



Şərhlər (Facebook)