Azərbaycan İnformasiya Agentliyi (AİA)


Beyləqan səhiyyəsi sakinlərə "qan uddurur"


Beyləqan səhiyyəsi sakinlərə "qan uddurur"

Son zamanlar ölkə səhiyyəsində, yəni xəstəxanalarda əhaliyə göstərilən tibbi “xidmətlər”dən söz açılanda insanların gözünün qarşısında ilk öncə rüşvət canlanır (demokratiya.info). Yəni, həkimlərin rüşvətə hərisliyi insanların talehindən daha çox maraqlıdır. Onunlada razılaşarsınız ki, əgər cibində bir qara qəpiyin yoxdursa, xəstəxanalara üz tutmağının da heç bir əhmiyyəti yoxdur. Allah eləməmiş kimi ağır xəstən ola, onda da vay halına...
Əhalinin narazı qaldığı və səhiyyə xidmətlərinin standartlara uyğun aparılmadığı dövlət xəstəxanalarından biri də Beyləqan rayon Mərkəzi Xəstəxanasıdır. Bir el məsəli var deyirlər, "Allah düşmənimində işini bura salmasın". Birdən nə badə xəstələndin yolun düşdü Beyləqan xəstəxansına, utanmayıb əlinə yekə bir resept kağızı yazıb verəcəklər ki, bunlar bizdə yoxdur al gətir. Səndə məcbursan ki, alasan, başqa çıxış yolun qalmır. Almağın bir yana, yazdıqları da şirkət dərmanlarıdır. Bu da onlara ikiqat pul qazanmaları üçün ən asan variantdır. Baxmayaraq ki, həmin firma dərmanının xəstəyə xeyiri olacaq, ya yox.
Beyləqan xəstəxanasının prinsipi sənin cibini soymağdı. Əgər cibində pulun yoxdursa işin müşkülə çevirildi, heç birinin vicdanı da sızıldayıb sənə bir iynəni belə pulsuz vurmayacaqlar. Deyəcəklər ki, nazirliyin ayırdığı iynə dərman xəstələri görmür. Biz də məcburuq ki, bunları xəstə sahibinin özlərinə aldıraq. Yaxşı, bunu başa düşdük! Bəs onda, rüşvət almadan heç bir həkimin xəstəyə baxmadığına nə deyək, onu necə başa düşək?! Mənə elə gəlir ki, bu sualı cavablandırmaq baş həkim Əli doktorun üzərinə düşür. Beyləqan MRX-da heç bir tibbi xidmətin pulsuz olduğu göstərilmir. Vay halına ki, bir iynə vurdurdun pul vermədin, qulağın eşidə-eşidə sənə elə qarqışlar tökəcəklər ki, o qarqışların belə heç bir müalicəsi tapılmayacaq.
Verilən məlumatda o da bildirilir ki, baş həkim bu posta gəlmək üçün rüşvət verdiyindən, rayon səhiyyəısini rüşvət girdabına salıb. Şikayətçilər isə bildirir ki, Beyləqan rayon mərkəzi xəstəxanasında daim rüşvət və korrupsiya meydan sulayıb. Lakin keçən ilin sonlarında baş həkim vəzifəsinə təyin olunmuş Əli Məmmədov vəzifəyə gələr - gəlməz, xəstəxananın bazara çevirib.
Əvvəla, bu adam baş həkim olduğu halda, əməliyyatların əksəriyyətini özü aparır və hər bir əməliyyatdan da 1000 - 2000 manat civarında haqq alır. İkincisi, həkimlərin məsuliyyətsizliyi üzündən və baş həkimin boşluğundan ana və uşaq ölümünün sayı çoxalıb. Doğum evində rüşvət kəllə - çarxa çıxıb. Hər bir doğulan uşaq sahibindən 500 - 1000 manat pul çıxarmasalar uşağı evə buraxmırlar.
Qisasi, Beyləqan mərkəzi xəstəxanasının əhaliyə pulsuz xidmət göstərən dövlət müəssisəsi olmasında əsər - əlamət belə hiss olunmur! Əli həkimin isə "həkim" kimi formalaşmasına hələ çox var.


0 0



Şərhlər (Facebook)