Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qəbələdə ağır yol qəzası: Ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi



Qəbələ-İsmayıllı avtomobil yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Azerbaycaninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Qəbələnin Bunud kəndi ərazisində qeydə alınıb. “KİA” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 2008-ci il təvəllüdlü Dadaşov Kənan Səməd oğlu, 1962-ci il təvəllüdlü Dadaşova Sürəyya Hüseyn qızı, 2013-cü il təvəllüdlü Dadaşov Şahin Səməd oğlu, 1981-ci il təvəllüdlü Dadaşova Ülviyyə Əlövsət qızı, 2003-cü il təvəllüdlü Məmmədli Heyran Rəhman oğlu, Qəbələ rayonu Bum qəsəbə sakini, 1990-cı il təvəllüdlü İsmayılov Şöhrət Cümşüd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)