Azərbaycan İnformasiya Agentliyi (AİA)


Neftçalada Gültəkin Sadıqovanın bağça biznesi


Neftçala rayonundan Milletinsesi.info-ya verilən məlumata görə, rayonda fəaliyyət göstərən uşaq baxçalarında acınacaqlı vəziyyət hökm sürür.Rayonda fəaliyyət göstərən uşaq baxçaları Neftçala şəhər icra nümayəndəsinə tabe olduğu üçün, baxçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Neftçala Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə baxçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin bir hissəsi mənimsənilir.Verilən məlumata görə,Neftçala kəndləri ilə bərabər şəhərin özündə fəaliyyət göstərən bir çox baxçalarda belə uşaqlar gündəlik normal qidalanmaya həsrətdirlər. Buna görədə valideyinlər hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almağa məcburiyyətində qalırlar.
Bu gün uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarı rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovadır. Baxçalara nəzarəti öz üzrərinə götürən Gültəkin Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə axıdır. Baxçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizi icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir. Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kəndlərindəki uşaq baxçalarına dövlət və rayonun daxili büdcəsindən 100 min manatlarla vəsait ayrılır. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala baxçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Bunu məlumat verən mənbəmizdə təsdiqlədi və bildirdi ki, ”icra başçısı ilə müavini hər il baxça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər”. Ancaq bu qazanc təkcə ərzaq mallarının alınması altında həyata keçirilmir. Belə ki, hər il rayon daxili büdcəsindən yuxarıda adını çəkdiyimiz kəndlərdə və Neftçala şəhərində yerləşən uşaq baxçalarının carı təmiri üçün 100-200 min manat arası vəsait ayrılır. Ayrılan vəsaitin isə 30 faizi aidiyyatı üzrə xərclənir. Yerdə qalan vəsait birbaşa icra başçısı ilə müavini və Neftçala Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov arasında bölüşdürülür.

Bununla kifayətlənməyən Gültəkin Sadıqova hər baxça direktorundan aylıq 100 manat haqq alır. Bundan əlavə qeyd etmək istəyirik ki,Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur.Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komissiya tərəfindən ona nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır. Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur.

Araşdırmalarımız davam edir və yaxın günlərdə Gültəkin Sadıqovanın Neftçala rayon polis şöbəsindən mətbuata məlumatlar ötürməsi haqda yazı dərc edəcəyik.Bundan əlavə icra başçısının birinci müavini Vurğun Əkbərovun sarımsaq biznesindən yazı dərc edəcəyik.

Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq. Milletinsesi.info/
Redaksiya olaraq adları çəkilən şəxs və qurumlarınmövqeyini işıqlandırmağa hazırıq!


0 0



Şərhlər (Facebook)