Azərbaycan İnformasiya Agentliyi (AİA)


İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”


Bir neçə ay öncə Ağsu və İsmayıllı rayonlarında təbiətə qənim kəsilənlər və yaranmış ekoloji fəlakətlə bağlı mətbuatda məlumatlar verimişdi. Realliqinfo.org -a müraciət edən vətəndaşlar yaranmış ekoloji durumdan narahatçılıq ifadə edərək özbaşınalığa son verilməsini xahiş etmişdilər. Həmin yazıda qeyd olunurdu ki, rayon ərazisindən keçən "Ağsu çayı" ekoloji fəlakətə səbəb ola bilər. Rayonun mərkəzindən keçən çayın hər yerinə zibillər axıdılır. Rayon icra hakimiyyətinin tabeçiliyində olan qurumlar yaşayış məntəqələrindən yığdıqları zibil və tullantıları çaya boşaldır.

Realliqinfo.org - un əməkdaşının apardığı araşdırmalarda göstərilirdi ki, "Vətəndaşların müraciətlərində qeyd olunanlar həqiqəti əks etdirir. Rayonun mərkəzindən keçən çayın ətrafı zibilxanaları xatırladır. "Ağsu çayı"nı zibil anbarını çevirənlərin cəzasız qalması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda çayın yaşayış məntəqələrinə yaxın olan ərazilərində baş alıb gedən özbaşınalıq Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Məsələ ilə bağlı Realliqinfo.org-n nazirliyə ünvanladığı sorğular nəticəsiz qalıb. Nazirlik 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Rza oğlu Əliyevin yaxşı işçi olduğunu önə çəkərək rayon rəhbərliyini ittiham edir.
İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”
Realliqinfo.org -ya daxil olan müraciətlərdə bildirilir ki, rayon meşələri ekologiyamızın düşmənləri tərəfindən soyqırıma məruz qalıb. 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevin himayəsi altında məhv edilən meşələr təbii fəlakətin yaranmasına səbəb olub.

İsmayıllıda nadir ağacların kəsilməsi və işbazlar tərəfindən müxtəlif məqsədlərlə satılması adi hala çevrilib. Bununla yanaşı meşənin münbit torpaqlarının satışını təşkil edən Əlirza Əliyevin qanunsuz fəaliyyətinə aidiyyatı qurumlar və Ekologiya nazirliyi susmaqla şərait yaratmaqdadır.
Rayonun meşə ətrafı kəndlərini əhatə edən meşələrin nəzarətçilər tərəfindən məhv edilməsi Əlirza müəllimin qazancını artırsada, digər tərəfdən ağacların sayının azalmasına və torpaq sürüşmələrinə səbəb olmaqdadır. İllər hesabına başa gələn meşələrin bir məmurun maraqlarına qurban verilməsi ETSN rəhbəri Hüseynqulu Bağırovu narahat etməlidir.

Ağsudan Realliqinfo.org - a daxil olan məlumatda isə qeyd olunur ki, Ə.Əliyev tabeçiliyində olan Babək adlı işçini rayona göndərək faktları ortadan qaldırmaq yerinə öz qanunsuz tələblərini irəli sürüb. Babək adlı məmurun rayon idarələrini və obyekt sahiblərini hədələyərək "hörmət" tələb etməsi ciddi narazılığa səbəb olub. Bu şəxsin qanunsuz tələbləri nəticəsində yaranmış narazılıqlar Ekologiya və Təbii Sərvətlər nazirliyinə çatdırılıb. Nazirlik tabeçiliyində olan 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevin qanunsuz fəaliyyətinə və Babək adlı əməkdaşının qoçuluğuna susmaqla cavab verməsi bizim üçün də qaranlıq qalır. Məsələnin bir tərəfi aydındır ki. şəxsi maraqlarını qanunlardan üstün tutulan Əlirza Əliyev cəzasızlıq mühitində qanunsuz əməllərini genişləndirməkdədir.

İsmayıllı və ətraf rayonlarda yaşıllıqların məhv edilməsi haqlı narazılıqların yaranmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əvəzolunmaz və sevimli kadrı Əlirza Əliyevin istəkləri nazir Hüseyn Bağırovun tapşırıqlarından öndə gəlir..Yazıda qeyd olunanlara qarşı tərəfin münasibətini öyrənməyə cəhd etdik. Realliqinfo.org
İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”
İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”
İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”


0 0



Şərhlər (Facebook)