Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağstafada Ramiz Tatarov icra başçısı olacaq? - Yenilənib


Yəni, hər iki vəzifə sahibi arasında “sərin külək”lər əsməyə başlayıb

Son prezident seçkisindən bir qədər vaxt keçdikdən sonra, nəhayət ki, ayrı-ayrı şəhər və rayonlarda sakinlərin səbirsizliklə gözlədikləri gün gəlib çatdı. Yəni, illər uzunu sakinlərin “qanını soran”, rahbərlik etdiyi rayonda özünü “mini padşah” elan edən, rüşvətxorluğu sanki məişət məsələlərinə çevirən bir çox icra başçılırının yola salınmalarına qərar verildi. Etiraf edək ki, bu cür hallar özünü daha çox bölgələrdə qabarıq şəkildə göstərib. Onu da unutmaq olmaz ki, ölkə rəhbəri cənab İlham Əliyev zamanında həmin şəxslərə etimad göstərib, xalqa xidmət etmək yöndə lazımi tapşırıqlarını verib, amma illər keçdikcə bəzi icra bağçıları mövqelərini möhkəmləndirdi, sanki rəhbərlik etdikləri rayonları özlərinin “şəxsi əyalət”ləri hesab edərək, ötən müddət ərzində yalnız var-dövlət qazanmaqla məşğul oldular. Bu gün “Gündəm Xəbər” olaraq belə bir məlumatlar əldə edirik ki, icra başçılarının işdən çıxarılma xəbərini eşidən rayon sakinləri, həmin anları sanki toy-bayram kimi qeyd edirlər. Hətta həmin günün sevincinə “qurban kəsənlər” də olur.
Bu gün müəyyən çevrədə bəzi söz-söhbətlər də dolaşmaqdadır ki, yaxın vaxtlarda işdən çıxarılacaq vəzifə sahiblərindən biri də, Ağstafa RİH-nin başçısı cənab Məhərrrəm Quliyevdir. “Gündəm Xəbər” olaraq redaksiyamıza belə bir məlumat daxil olub ki, bu “post”a əsas iddialı şəxslərdən biri də, RİH başçısının 1-ci müavini Ramiz Tatarovdur. Əvvəla onu qeyd edək ki, adı çəkilən bu şəxs uzun illərdir ki, 1-ci müavin vəzifəsini daşıyır və ötən illər ərzində o, bir neçə icra başçısı da “yola salıb”. Onu da unutmaq olmaz ki, Ramiz Tatarov hazırda Ağstafada ən imkanlı vəzifə sahiblərindəndir. Çünki əldə etdiyimiz məlumatlara görə, bu gün rayon ərazisində ona məxsus böyük heyvandarlıq təsərrüfatı, geniş biznes şəbəkəsi, neçə-neçə yaşayış mənzilləri və s. olduğu bildirilir. Hal-hazırda Ramiz Tatarov füsəti əldən vermək istəmir və icra başçısı “postu”na sahiblənmək üçün, hətta səmimi dostluq münasibətində olduğu bildirilən YAP-ın aparıcı funksionerlərindən biri ilə danışıqlar apardığı da söylənilir. RİH Aparatından müəyyən çevrəyə sızdırılmış məlumatlarda o da vurğulanır ki, ümumi vəziyyətdən az-çox məlumatı olan Məhərrəm Quliyevin, artıq Ramiz Tatarovla yolları ayrılıb. Yəni, hər iki vəzifə sahibi arasında “sərin külək”lər əsməyə başlayıb.
Onu da bildirək ki, Ramiz Tatarov uzun illər ərzində 1-ci müavin vəzifəsini daşıdığından, idarəetmə sahəsində kifayət qədər təcrübə toplamış şəxsdir. Yəni, bu şəxsin Ağstafa RİH-nin başçısı olmaq üçün kifayət qədər əsaslar var. Odur ki, Ramiz Tatarovun bu “post” a sahib olacağı günü gözləməyə məcburuq ki, görək bundan sonra nələr dəyişəcək və yaxud da dəyişəcəkmi?... Qarşı tərəfi də dinləyə bilərik.

Bu gün 16:32 Redaksiyamıza bu gün ilginc məlumatları çatdıran mənbə onu da vurğuladı ki, sən demə hər iki vəzifə sahibi arasında “əsən sərin küləklər”, bir neçə gün bundan öncə rayonun Poylu qəsəbəsində keçirilən tədbirdən sonra daha da şiddətlənməyə başlayıb. Amma, hadisələrin sürətlənməsində RİH Aparatında aparıcı vəzifə sahibi olan şəxslərdən birinin, bir-iki gün bundan öncə yaş senzi adı ilə istehfaya göndərilməsinin, heç də bu proseslərə təsirsiz ötüşmədiyi də söylənilir. Nəysə, deyəsən bu gün Ağstafada baş verənlər hər kəsin maraq dairəsində olan hadisələrdir.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Cəfər
GundemXeber.Biz


0 0



Şərhlər (Facebook)