Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şamaxının icra başçısı dövlətin 700 min manatını mənimsəyib?


Şamaxının icra başçısı dövlətin 700 min manatını mənimsəyib?
Məlumata əsasən, icra başçısı Asif Ağayevin subsidiya əməliyyatından yerli icra nümayəndəliklərinə mənimsənilən vəsaitin 10 faiz çatır. Şamaxı rayon icra başçısı Asif Ağayev müavini, Aqrar məsələlər üzrə şöbənin müdiri Sərdar Ömərovun yardımı ilə subsidiya əməliyyatlarından bu il yüz minlərlə manat dövlət vəsaiti mənimsənilib; son bir ildə Asif Ağayevin subsidiya mənimsəmələrindən gəlirinin 700 min manat olduğu iddia olunur…Şamaxı rayonundan daxil olan məlumata görə, rayon icra başçısı Asif Ağayev müavini, Aqrar məsələlər üzrə şöbənin müdiri Sərdar Ömərovun əli ilə ildə bir neçə dəfə dövlətin subsidiyalar üçün ayırdığı yüz min manatlarla vəsaitin mənimsəyirlər. Daxil olan məlumatda bildirilir ki, Şamaxı kənd icra nümayəndəliklərinin taxıl və yonca əkilməsi üçün Aqrar şöbəyə verdikləri arayışların bir hissəsi şöbə müdiri ilə razılaşdırılmış şəkildə şişirdilərək sənədləşdirilib. Qeyd edək ki, Nazirlər Kabineti Kənd Təsərrüfatı nazirliyinin xətti ilə rayon icra hakimiyyətlərinin nəzarəti altında ölkədə Taxıl əkən vətəndaşlara 1 ha taxıl üçün 80 manat, 1 ha yonca əkmək üçün isə 40 manat vəsait verir. Mənbə bildirir ki, İcra başçısının aqrar məsələlər üzrə müavini Ömər Sərdarov yerli icra nümayəndəlikləri ilə birgə bələdiyyə torpaqlarında taxıl və yonca əkilməsi ilə bağlı sənədləşdirmə apararaq dövlətin külli miqdarda vəsaitini mənimsəyib. Məlumata əsasən, icra başçısı Asif Ağayevin subsidiya əməliyyatından yerli icra nümayəndəliklərinə mənimsənilən vəsaitin 10 faiz çatır. Qeyd olunur ki, icra başçısı hər bir icra nümayəndəsinə ərazisində olan bələdiyyə torpağına görə subsidiya haqqı qoyub. Məlumatda göstərilir ki, Şamaxı rayonunda 32 kənd Bələdiyyəsi var və 40 yaxın icra nümayəndəsi fəaliyyət göstərir. Məlumatlı mənbə bildirir ki, rayonun nəzdindəki 32 bələdiyyənin hər birinin təxminən 400 hektara yaxın yararlı torpağı var. İcra nümayəndələrinin yonca və taxıl əkilməsi ilə bağlı arayışları məhz başçının müavini, eyni zamanda aqrar məsələlər üzrə şöbənin müdiri Sərdar Ömərova təsdiq edərək Kənd Təsərrüfatı nazirliyinə göndərir. İcra başçısı bələdiyyə torpaqlarının adına yazdırdığı saxta subsidiya yardımından başqa həmçinin rayon “Aqroservis” MMC-nin xətti ilə bu torpaqlarda məhsuldarlığın artırılması üçün dövlət tərəfindən ayrılan yüz tonlarla gübrələri və mineral dərmanları qara bazarda satdıraraq mənimsəyir.Mənbə iddia edir ki, Şamaxı icra başçısı Asif Ağayev subsidiya əməliyyatından bir ildə 700 min manata yaxın qazanc əldə edir. Həmçinin İcra başçısının havadarlığı ilə subsidiya əməliyyatından əldə edilən yüz min manatlarla qazancın 10 faizi yerli icra nümayəndələrinin, 20 faizi isə aqrar məsələlər üzrə şöbənin müdirinə çatır. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


0 0



Şərhlər (Facebook)