Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şəki "Aqroservis"də geniş korrupsiya əməliyyatlarına "yaşıl işıq"


Şəki "Aqroservis"də geniş korrupsiya əməliyyatlarına "yaşıl işıq"

KTN ŞEFİNİN ŞƏKİDƏ "AQROSERVİS" KORRUPSİYASI
30gun.az-a İsmət Abbasovun Şəki "Aqroservis"də geniş korrupsiya əməliyyatlarına "yaşıl işıq" yandırması ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Şəki "Aqroservis" xidmətinin rəhbəri Rasim Qurbanov və onun qardaşı, Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanov son illər ərzində külli miqdarda mənimsəmələrə yol veriblər. Lakin indi bunun üstü açılıb və Baş Prokurorluğa məsələni araşdırmaq üçün "yuxarılar"dan ciddi tapşırıqlar verilib. Elə bu baxımdan nazir İsmət Abbasov faktları ört-basdır etməyə çalışır. Çünki nazir Şəki "Aqroservis"də baş verən total korrupsiya faktlarının onun özünə gedib çıxacağından ehtiyyat edir.
Daxil olan məlumatlarda həmçinin bildirilir ki, Şəki rayon təsərrüfatında növbəli əkin sisteminin tətbiq edilməsi və yem təchizatı tam olaraq ödənilmir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın "Class" və Hollandiyanın "New Holland" qabaqcıl şirkətlərinin istehsalı olan 5 adda 14-ə yaxın müasir kənd təsərrüfatı texnikası adları keçən qardaşlar tərəfindən müxtəlif sahibkarlıqla məşğul olan şəxslərə satılıb. Bura aqroservis traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla daxildir. Bunun nəticəsi olaraq Şəkidə bu il aqroservis texniki avadanlıqları çatışmayıb və məhsuldarlıq təxminən iki dəfəyədək azalıb. Bu isə yerli sakinlərin narazılığına gətirib çıxarıb. Narazılığı yatırmaq üçün Şəki Şəhər İcra Hakimiyyətində dərhal rayonda yaz-tarla işlərinin gedişi, aqroservis xidmətinin təşkili, taxıl biçininə, yem toplanışına hazırlığın vəziyyəti müzakirə olunub. Məlum olub ki, rayonun kənd təsərrüfatında həyata keçirilən tədbirlər diqqətdə saxlanılmır, xüsusən də istehsalçıların üzləşə biləcək problemlərinin çözülməsi üçün yollar aranmalı və qarşıda duran vəzifələr müəyyənləşdirilmir. Daxil olan məlumatlarda o da qeyd olunur ki, hazırda rayonda 197 ədəd saz taxıl biçən kombayn mövcuddur ki, onun da 85 ədədi Şəki "Aqroservis" Filialına, qalanı isə fiziki və hüquqi şəxslərə məxsusdur. Lakin sözü gedən "Aqroservis"ə məxsus 85 ədəd kombayının vur-tut 5-10 ədədi işlək vəziyyətdədir. Qalan kombayınların taleyi isə məlum deyil.



0 0



Şərhlər (Facebook)