Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qubada basqınçılıq edən dəstə başçısı polis mayorunun oğlu çıxdı


 Qubada basqınçılıq edən dəstə başçısı polis mayorunun oğlu çıxdı
Yaşayış evinə basqının oğlunun törətdiyindən xəbərsiz olan sahə müvəkkili də əməliyyat qrupunun tərkibində hadisə yerinə gedib .Mayın 21-də Quba rayonu Zərdabi kəndində yaşayış evinə basqın edən 3 nəfər saxlanılıb. Bu barədə APA-ya ev sahibi Azər Ağayev məlumat verib.Saxlanılan şəxslər - Qusar rayon Suduroba kənd sakini Xanbutayev Murad Oruc oğlu, Quba rayon sakinləri Abdurrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğludur. APA-nın əldə etdiyi məlumata görə, E. Qarayev Quba Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru İmran Qarayevin oğludur.Polis mayoru İ. Qarayev də oğlunun saxlanıldığını təsdiqləyib.“Həmin gün mən əməliyyat qrupunun üzvü idim. Hadisə yerinə də getmişəm. Ev sahibinin atası Zakir Ağayevlə dostluq münasibətlərimiz var. Kimliyindən asılı olmayaraq, qanunsuz əməl törədən cəzasını çəkəcək”, - deyə İ. Qarayev bildirib.Saxlanılan digər iki şəxs oğurluğa məhz Elmarın təşkilatçılığı ilə getdiklərini bildiriblər.Qeyd edək ki, mayın 21-də gecə saatlarında Quba rayonu, Zərdabi kəndində yaşayış evinə basqın olub.Kənd sakini Ağayev Azər Zakir oğluna məxsus evə gecə saatlarında bir neçə nəfər daxil olub.Ev sahibinin verdiyi məlumata görə, evdən kənar şəxslərin olması barədə xəbər tutan kimi dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və yaxınlarına məlumat verib. Bundan duyuq düşən soyğunçular hadisə yerindən uzaqlaşa biliblər.A. Ağayevin sözlərinə görə, həmin şəxslər qaçarkən dəyənəkləri yerə atıblar. Bundan əlavə, soyğunçulardan birinə aid sənədlər də tapılaraq hüquq-mühafizə orqanlarına verilib: “Həmin şəxslər evdən 200 manatdan çox pul oğurlamağa nail olublar”.Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.


0 0



Şərhlər (Facebook)