Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qubada müavinlərin şillə-təpik savaşı onlara baha başa gəldi


Qubada müavinlərin şillə-təpik savaşı onlara baha başa gəldi
Azerbaycaninfo.com xəbər verir. Quba İcra başçısının 1- ci müavini Yusif Abidov işdən çıxarıldı. Bir müddət əvvəl Azerbaycaninfo.comı Qubanın 1-ci müavinin işdən çıxarılacağı ilə bağlı xəbər vermişdi. Qubadan olan mənbəmiz bildirir ki, bu gün Quba icra başçısının 1- ci müavini olan Yusif Abidov tutduğu vəzifədən azad olunub. Verilən bilgilərə görə Yusif Abidov Quba rayon təhsil şöbəsinə müdir təyin olunub. Quba rayonunda olan mənbənin verdiyi bilgiyə görə, Quba rayon İcra hakimiyyəti başçısının 1- ci müavini vəzifəsinə Quba rayon YAP-nın sədri Ədalət Nəbiyev təyinat alıb.Qeyd edək ki, Qubada icra hakimiyyətində yarpaq tökümü davam edir.Bir müddət öncə icra başçısının digər müavini Ruslan Hacıyev tutduğu vəzifədən azad olunmuşdu.Onu da bildirək ki, hər iki müavinlər icra hakimiyyətində şillə-təpik savaşına çıxmış və bir-birilərini nalayiq söyüşlərlə təhqir etmişdilər.


0 0



Şərhlər (Facebook)