Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sabirabadda etiraz


Sabirabadda  etiraz
Azerbaycaninfo.com xəbər verir. Susuzluqdan əziyyət çəkən kənd sakinləri bu barədə aidiyyəti qurumlara dəfələrə müraciət etsələr də bunun heç bir xeyri olmamışdır. Bolgexeber.com-a verilən məlumata görə Sabirabadın Nəsimi ,Çöldəllək,Rüstəmli və Nizamikənd kəndlərinin sakinləri ayağa qalxıb. Bildirlir ki, buna səbəb onların əkib-becərdiyi 250 hektardan çox pambıq sahələrinin susuz qalmasıdır.Pambıqçılıqla məşğul olan və gəliri bundan çıxan sakinlərin dediyinə görə onlar artıq neçə müddətdir pambıq əkdikləri sahəni suvara bilmirlər. Susuzluqdan əziyyət çəkən kənd sakinləri bu barədə aidiyyəti qurumlara dəfələrə müraciət etsələr də bunun heç bir xeyri olmamışdır.Kənd sakinlərindən birinin əməkdaşımıza bildirdiyinə görə əgər yaxın zamanda onların su problemi həll olunmazsa adları çəkilən kəndlərin sakinləri icra hakimiyyəti binasına yürüş etmək məcburiyyətində qalacaqlar.Məsələni gündəmdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


0 0



Şərhlər (Facebook)