Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qusarın icra başçısı və müavinləri 100 min manata Etibar Pirverdiyevə qusarlıların torpaqlarını satdılar


Qusarın icra başçısı və müavinləri 100 min manata Etibar Pirverdiyevə qusarlıların torpaqlarını satdılar
Azerbaycaninfo.com jam.az-a istinadən xəbər verir. Qusarın icra başçısı yaylaqları Etibar Pirverdiyevə satıb."Azərenerji" prezidenti qoyun sürülərini "Govdan dərə"də saxlamaq üçün Şair Alxasov və müavinlərinə 100 min manat verib ."Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin daha bir sirrinin üstü açılıb.Sözügedən şəxsin bu yaxınlarda 2,5 milyon manata villa aldığı xəbərinin ardaından, daha bir qalmaqallı məsələ ortaya çıxıb. Qeyd olunur ki, Etibar Pirverdiyevin heyvandarlıq sahəsi üzrə də böyük biznesi varmış. Məlumata görə, qışda Aranda, yayda isə yaylaqlarda saxlanılan bu sürülərdə saxlanılan qoyunların sayı 100 min başdan çoxdur. Amma heyvanların sayı artdıqca, onların saxlanılmasında da problem yaranır. Elə bu sbəbdən də Qusarda Etibar Pirverdiyevin adamları ilə yerli sakinlər arasında narazılıq baş qaldırıb.Məlumatlara görə, problem rayonun Ləzə kəndi yaxınlığında yerləşən "Govdan dərə" adlı yay otlaq sahələri ilə bağlı olub. Belə ki, uzun illərdir yerli camaat həmin ərazidən özü üçün otlaq kimi istifadə etsə də, bu ildən etibarən "Govdan dərə" yaylağı onların əlindən alınıb. Üstəlik, yerli sakinlərin əraziyə girişinə qadağa qoyulub. Məlumarda vurğulanır ki, bu yaylağın əldə edilməsi üçün Etibar Pirverdiyevlər Qusarın icra başçısı Şair Alxasov arasında anlaşma olub. Bu anlaşmanın əsas tərəflərindən biri isə elə Alxasovun müavinləri sayılır. Belə ki, Qusar icra başçısının birinici müavini Arif Məmmədov və icra başçısının müavini, aqrar məsələlər üzrə şöbə müdiri Elşad Əlimuradov "Azərenerji"nin rəhbərinin yaxınları ilə görüşərək, otlaq sahəsini uzun müddətə onlara icarəyə veriblər. İcarə haqqı kimi isə hər il üçün 20 min manat alındığı iddiası var. İcarənin müddəti isə hələlik 5 illik nəzərdə tutulub. Və bu illərin pulu tam ödənilib.Məlumata görə, "Govdan dərə" yay otlaq sahəsinin icarəsi əvvəllər yerli sakinlərdə olub. Düzdür, onlar illik 20 min manat deyil, bir neçə min manat ödəməklə bu imkana sahib olublar. Lakin hazırda Qusardakı fermerlər heyvanlarını hansı yaylaqlara aparacaqlarını belə bilmirlər. Çünki icra başçısı Şair Alxasovla müavinləri bütün yaylaqların hamısını satıb-sovurublar. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)