Azərbaycan İnformasiya Agentliyi (AİA)


Cəlilabadın saxta diplomlu maliyyəçisi-yenilənib


Cəlilabadın saxta diplomlu maliyyəçisi-yenilənib
Maliyyə İdarəsinin rəisi diplomu hansı universitetdən alıb? . İki il əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( TQDK ) sədri Məleykə Abbazadə bildirmişdi ki, ölkədə 20 mindən artıq saxta diplomlu ali təhsilli şəxs var. Həmin vaxt Məleykə xanımdan tələb etdik ki, bu şəxslərin siyahısını açıqlayın. Ancaq TQDK sədri bildirdi ki, bunu edə bilməzlər. Maraqlıdır, bu saxta diplomların sahibləri məgər dövlət sirridir ki, açıqlamaq olmur? Onu da nəzərə alaq ki, bu açıqlamanı dövlətin məsul şəxsi bildirmişdi.Düzdür, həmin açıqlamadan sonra Təhsil Nazirliyi kosmetik addımlar atdı, diplomların yoxlanmasına başlansa da proses davam etmədi. Həm də unutmayaq ki, TQDK sədrinin dediyi saxta diplom sahibləri bu gün də bir çox dövlət qurumlarında, hətta müxtəlif nazirliklərdə çalışırlar. Və saxta diplom almaqları bir yana, həm də saxta yolla dövlətdən milyonlarla əmək haqqı alıblar. Görəsən, həmin saxta dplom sahiblərini vəzifəyə təyin edən rəhbər işçilər məsuliyyət daşımır? Legion.az-ın redaksiyasına daxil olan məlumata görə yuxarıda qeyd elədiyimiz saxta diplom sahiblərindən biri də Cəlilabad rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyevdir.Əlbəttə, bunu dəqiqləşdirmək bizim deyil, müvafiq dövlət orqanlarının, ən əsası maliyyə naziri Samir Şərifovun vəzifə borcudur. Məlumata görə dövlət büdcəsindən rayondakı müəssisələrə ayrılan pullara Əlinazim Quliyev şərik olduğu üçün rayonda ciddi narazılıq var. Ancaq maraqlıdır ki, Cəlilabadın icra başçısı Əziz Əzizov bu biabırçılığa niyə göz yumur? Bəlkə, başçının özünə də bu bibırçılıqdan pay düşüb? Aldığımız son məlumata görə hazırda Maliyyə İdarəsinin rəisinin diplomu araşdırılır.Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


0 0



Şərhlər (Facebook)