Azərbaycan İnformasiya Agentliyi (AİA)


İmişlinin başçısı jurnalisti tutdurdu


İmişlinin başçısı jurnalisti tutdurdu
Avropa.info-nun bölgə müxbiri Saleh Qafarlı bu gün İmişli rayon Polis Şöbəsinə çağırılıb.Saleh Qafarlının verdiyi məlumata görə, onun polisə çağırılmasına səbəb kimi, guya sosial şəbəkələrdə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevi təhqir etməsidir. İcra başçısı bununla bağlı İmişli rayon Polis Şöbəsinə müraciət edib.
Qeyd edək ki, Saleh Qafarlı son günlər rayondakı Şəhidlər Xiyabanının ərazisinin, İmişli rayonundan keçən suvarma kanalının ərazisinin satılması ilə bağlı yazılar yazıb. Bu yazılar da video görüntülər və fotoşəkillərlə birlikdə dərc olunub.Avropa.info bildirir ki, Saleh Qafalının Facebook səhifəsində İmişli rayon icra hakimiyyətinin başçısını təhqir edəcək heç bir yazı və ya qeyd yoxdur. Hazırda isə Saleh Qafarlının telefon nömrəsinə zəng çatmır. Məsələylə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib.
Günorta radələrində məlum olub ki, İmişli rayon məhkəməsinin qərarı ilə Saleh Qafarlıya 15 sutka həbs cəzası verilib.


0 0



Şərhlər (Facebook)