Azərbaycan İnformasiya Agentliyi (AİA)


Zaqatalada bir ailənin 4 üzvü qidadan zəhərlənib


 Zaqatalada bir ailənin 4 üzvü qidadan zəhərlənib

Zaqatalada bir ailənin 4 üzvü qidadan zəhərlənib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı, onun əri, 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu və onların iki azyaşlı övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onlar günorta saatlarında göbələk və xaş yeyib. Xəstələrə ilkin yardım göstərildikdən sonra onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstələrdən ayrı-ayrılıqda götürülən analiz nümunələri müayinə edildikdən sonra ailənin hansı qidadan, xaş yaxud göbələkdən zəhərlənməsini demək mümkün olacaq. Xəstəxanadan bildirilib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olan şəxslərin vəziyyəti orta-ağır hesab olunur, müalicələri davam etdirilir.


0 0



Şərhlər (Facebook)