Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sürücü “Azərenerji” ASC-yə külli miqdarda ziyan vurub


Sürücü “Azərenerji” ASC-yə  külli miqdarda ziyan vurub

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında müxtəlif təşkilatların işçilərinin qeyri peşəkarlığı və ya məsuliyyətsizliyi nəticəsində qəza açılmaları baş verir ki, bu da istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olur. Qeyd edək ki, bu cür hal ötən gün (11 noyabr 2013-cü ildə) baş verib. Belə ki, “Bakıelektrikşəbəkə” ASC-nin istismarında olan “Radiozavod” budaqlanması hava xəttində “İR-SERVİS” tikinti təşkilatına məxsus iri qabaritli betontökən maşının hava xəttinin məftillərinə toxunaraq onları qırması nəticəsində qəza baş verib. Qısaqapanma nəticəsində 110 kV-luq 1-ci və 2-ci “ 8-ci km” hava xəttində ilgək və məftillər yanaraq qırılıb, tələbatçıların enerji təchizatında fasilə yaradıb və “Azərenerji” ASC-yə külli miqdarda ziyan dəyib. Həyata keçirilmiş operativ tədbirlər sayəsində qəzanın nəticələri qısa vaxt ərzində aradan qaldırılıb və enerji təchizatı bərpa olunub.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)