Azərbaycan İnformasiya Agentliyi (AİA)


724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib


724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu 4 ay ərzində 724 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib. Cari ilin 11 iyul tarixindən etibarən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Avtomatlaşdırılmış pensiya təyinatı Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. 11 noyabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 724 nəfərin 224-ü Bakı şəhərində, 500 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı Mərkəzi” nə zəng vuraraq hər hansı sənəd toplamadan və vaxt itirmədən real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

Ülvi, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)