Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Taleh Bağırzadə dəstəsi tam ifşa olunmalıdır"- Vəhdət partiyasının sədr müavinindən AÇIQLAMA


"Taleh Bağırzadə dəstəsi tam ifşa olunmalıdır"- Vəhdət partiyasının sədr müavinindən AÇIQLAMA

"Son günlər Nardaranda hazırlanan dövlət çevirilişi ilə əlaqədar həbs olunanalar yenidən gündəmdədir. Çox təəssüf edirəm ki, bu həssas dönəmdə bu cür ünsürlər qınanmalı və dövlətin qanunlarının gücü ilə islah olunması gərəkliyində bəzi qüvvələr destruktiv mövqedən çıxış etməyə cəhd edirlər".
Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş hadislələr zamanı iqtidarlı müxalifətli hər kəsin konstitusiya quruluşunu müdafiə etməyə qalxmasını nümunə götürmək gərkdir. Yaxın şərqdə, Türkiyədə fəaliyyət göstərən islam təmayüllü İŞİD və ya paralel dövlət terror təşkilatları Nardaranda formalaşmış fərqli, lakin eyni təyinatlı qüvvələrdir. Taleh Bağırzadə adlı iran ayətullahının Azərbaycanda əl ayaq açmasına şərait yaradan qüvvələrin açığa çıxarılmasına yardım göstərmək əvəzinə onu müdafiə edənlər yanlış iş görürlər. Bu hadisələrlə bağlı Azərbaycanın hüquq sistemi gecikmiş də olsa düzgün qərar qəbul edib. Mən hələ Taleh Bağırzadə ilk dəfə həbs olunarkən onun əhv edilərək azadlığa buraxılmasının əleyhinə çıxdım və bu barədə müsahibələrim də var. Hesab edirəm ki, xarici qüvvələr tərəfindən maliyyələşən Taleh Bağırzadə dəstəsi tam ifşa olunmalıdır və ölkəmizdə qalanan ayətullah ocaqlarını söndürməyin zamanıdır".xeberle.com


0 0



Şərhlər (Facebook)