Azərbaycan İnformasiya Agentliyi (AİA)


109 nömrəli tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb


109 nömrəli tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb
109 nömrəli tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb
Bakı şəhəri Nizami rayonu 109 nömrəli tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb. Geniş sinif otaqları yeni dərs avadanlıqları ilə təhciz olunaraq məktəblilərin istifadəsinə verilib. Məktəbin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı məktəbin binasında yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, 109 nömrəli məktəb 1966-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində məktəbdə heç bir təmir işləri görülməyib. Odur ki, məktəb üçün binanın əsaslı təmiri zərurətə çevrilib.
Təmir işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən təhsil müəssisəsində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təmir edilən 109 nömrəli məktəbin binasında şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Təhsil müəssisində müasir laboratoriya otaqları yaradılıb, sinif otaqlarına electron lövhələr yerləşdirilib. Dövlətimizin başçısı cənab İlham Əliyev məktəbin direktoru Fizuli Xudiyev və məktəbin müəllim koollektivi ilə görüşüb, onları binanın əsaslı təmiri münasibətilə təbrik edib.


0 0



Şərhlər (Facebook)