Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nazir Hüseyn Bağırov Xaçmaz rayonunda vətəndaşlarla görüşəcək


Nazir Hüseyn Bağırov Xaçmaz rayonunda vətəndaşlarla görüşəcək

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 2 oktyabr 2013-cü ildə saat 10:00-da Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "azerbaycaninfo.com"a nazirlikdən bildirilib. Qeyd olunub ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbə, əlaqə telefonu: 070 232 33 45; 023 323 00 14) xahiş olunur.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)