Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gənclər və İdman Nazirliyi “fikir bankı” açdı


Gənclər və İdman Nazirliyi “fikir bankı” açdı

Gənclər və İdman Nazirliyi gənclər üçün yeni "Online fikir bankı" adlı layihəyə start verir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd yeni imkanların yaradılması istiqamətində gənclərin irəli sürdüyü fikir və ideyaların bir yerə toplanmasından ibarətdir (GMM). Gənclər www.fikirbanki.az saytına daxil olmaqla burada yeni fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcək. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcək. “Onlayn” fikir bankında sosial Xidmətlər, iqtisadiyyat, təhsil, əyləncə, media, rabitə və telekommunikasiya, tibb və sağlamlıq, ətraf mühit, nəqliyyat, milli-mədəni irs, turizm, mədəniyyət bölmələri fəaliyyət göstərir. Veb saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb ki, burada qalib olan gənclər Gənclər və İdman Nazirliyinin, tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq. "Onlayn fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq.
Qeyd edək ki, “onlayn fikir bankı” layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir.

Ülvi, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)