Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həkimdən cavab : "Burunda estetik deyil, rekonstruktiv əməliyyat olub"


Vətəndaş Səbinə Nağıyeva tərəfindən Femida.az-a müraciət daxil olub. Onun iddiasına görə 2015-ci ildə burnunda olan çəpər əyriliyinə görə özəl klinikaların birində cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan sonra burnunun ucunda şişmə müşahidə olunub. Qeyd edilənlə bağlı cərrah Sənan Mehdiyevlə əlaqə saxladəq.

“ Həmin xanım bizə müraciət edəndə müayinədən sonra bildirdik ki, onda problem kifayət qədər ciddidir. Özü də qeyd etdi ki, bizə qədər bir neçə həkimin yanında olub və bu haqda ona məlumat verilib. Xanımda sıradan bir estetik əməliyyat deyil, qığırdaq köçürülməsi ilə olan rekonstruktiv əməliyyat aparılıb. Çünki burunda keçirdiyi travmaya bağlı ciddi əyilmə və çökmə var idi.
Biz onu əməliyyat etdik. Əməliyyat uğurla keçdi. Əlavə qığırdaqdan istifadə edilərək burundakı deformasiyalar aradan qaldırıldı. Xəstə evə buraxılan zaman ona yerinə yetirilməl i olan xususi məsləhətlər verdik. Hansı ki, o qaydalara bütün xəstələr riayət etməlidir. Həmin xanımsa qaydalara düzgün riayət etməyib. Ona görə də burunun ön nayihəsində qiqirdaq kocurulen yerde müəyyən şişmə müşahidə olunub. Mən də onu qəbul edib izah etdim ki, təkrar əməliyyat üçün müəyyən vaxt keçməlidir. Bu gün də xanımla görüşdük və hər şey ona izah olundu.”

Femida.az –a açıqlama verən Səbinə Nağıyeva artıq həkimlə görüşdüyünü və özünün əməliyyatdan sonra soyuğa verdiyini , kiçik travmalar aldığını və qaydalara düzgün riayət etmədiyini etiraf edib . Bundan sonra həkimin bütün məsləhətlərinə önəm verəcəyini və riayət edəcəyini bildirib. Bütün pasientlərə də belə ağırlaşmalarla qarşilaşmamaq üçün bütün verilən tapşırıqlara ciddi riayət etməyi məsləhet görüb.

Həkim həmçinin xəstənin əməliyyatdan öncə olan fotosunu da təqdim edib.

Miri Məcidli
Femida.az

Həkimdən cavab : "Burunda estetik deyil, rekonstruktiv əməliyyat olub"


0 0



Şərhlər (Facebook)