Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Mənim bütün sirrimi gizlədir"



Azerbaycaninfo.az deyerler.org-a istinadən bildirir ki, Əbuzər nəql edir: "Bir gün Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Nə zaman sabah günəş çıxacaq, Bəqi səhrasına get və yüksək bir yerdə dayan. O zaman ki, günəş çıxacaq, ona salam ver. Həqiqətən, Allah Təala ona əmr etmişdir ki, sənə cavab versin".


O zaman ki, sabah səhər oldu, Əmirəl-möminin (ə) yanında ənsar və mühacirlərdən olan bir dəstə səhabə ilə birlikdə Bəqiyə gəlib çatdı. Yüksək bir minbərin üstündə dayandı. O zaman ki, günəş çıxdı, buyurdu: "Salam olsun sənə, ey Allahın yeni xəlq etdiyi və mütisi!".
Səmadan səs eşidildi: "Salam olsun sənə, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey o kəs ki, hamıdan daha çox bilənsən!".
Bu zaman olanların hamısı günəşin sözlərini eşidib, bihuş oldular. Bir müddət sonra özlərinə gəldilər. Əmirəl-möminin (ə) artıq həmin yerdən geri qayıtmışdı. Onlar Peyğəmbərin (s) yanına gəldilər və dedilər: "Ey Rəsul! Biz Əli (ə) haqqında deyirik ki, bizim kimi insandır. Ancaq günəş ona elə xitab etdi ki, Allah özünə o cür xitab edir".
Həzrət Peyğəmbər (s) buyurur: "Ondan nə eşitdiniz?".
Dedilər: "Eşitdik ki, günəş deyir: "Salam olsun sənə, ey əvvəl!"".
Buyurur: "Düz deyib. O, ilk kəsdir ki, mənə iman gətirmişdir".
Dedilər: "Günəş deyir ki, ey axır".
Buyurur: "Düz deyibdir. O, son insan olacaqdır ki, mənim əmrimi öhdəsinə götürəcəkdir. Mənə qüsl verəcək, kəfənləyəcək və qəbrimə qoyacaqdır".
Dedilər: "Günəş dedi: "Ey zahir!"".
Buyurur: "Düz deyib. O, həmin o kəsdir ki, elmimi zahir edəcəkdir".
Dedilər: "Günəş dedi: "Ey batin!"".
Buyurur: "Düz deyib. Mənim bütün sirrimi gizlədir".
Dedilər: "Eşitdik ki, deyir: "Sən hər şeyi bilənsən"".
Buyurur: "Düz deyib. O, halal və haramı, sünnət və vacibatı və ona bənzər olan şeyləri daha çox biləndir".
Ayağa qalxıb dedilər: "Muhəmməd (s) bizi qaranlığa atdı" və məsciddən xaric oldular".


0 0



Şərhlər (Facebook)