Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Binə” və “Sədərək”də çin malı brend adı alında


“Binə” və “Sədərək”də çin malı brend adı alında

Bakıda Çin malları Türkiyə adı ilə satılır. Bakının ən böyük ticarət mərkəzlərindən olan “Binə” və “Sədərək”də saxta brend mağazaları aşkarlanıb. Belə ki, sözügedən ticarət mərkəzlərində, eləcə də paytaxtın digər yerlərində Avropanın və Türkiyənin tanınmış geyim və tekstil brendlərinin adını daşıyan mağazalarda Çin və Pakistan istehsalı mallar orijinal adı ilə satışa çıxarılır. Azvision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin “Taç”, “Hobby Home Collection”brendlərinin rəhbərləri etiraz edərək Azərbaycanda satılan bu malların saxta olduğunu bildiriblər. Həmin firmalar Bakıdakı ”Taç”, “Hobby Home Collection” mağazalarını icazəsiz fəaliyyət göstərdiklərini bildirərək, onları saxtakarlıqda ittiham edib. Həmçinin qeyd edilib ki, Bakıda “Zorlu” tekstil firmasının Taç və Grea Soft, “Altınbaşak Tekstil”n Altınbaşak Elegant, Penye De Luxe və Comfy Softy, “Makroteks”in Firuzə adlı markaları Azərbaycanda keyfiyyətsiz şəkildə istehsal edilərək bazarda satılır.
Dənizli İxracatçılar Birliyinin sədri Süleyman Qocasərt isə bu məsələ ilə bağlı problemlər yaşadıqlarını qeyd edib: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığı üçün bununla bağlı heçnə edə bilmirik. Buna görə də bu problemlər bağlı sənəd hazırlayaraq iqtisadiyyat naziri Zəfər Çağlayana müraciət etmişik. Nazirdən qarşılıqlı müzakirələrlə bu problemin həll edilməsini istəyirik”. Qeyd edək ki, saxta məhsullar satışa olduqca baha qiymətə çıxarılır və hətta mağaza sahibləri alıcıları inandırmaq üçün and-aman etməkdən belə çəkinmirlər.


0 0



Şərhlər (Facebook)