Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səlim Müslümov Siyəzəndə vətəndaşları qəbul edəcək


Səlim Müslümov Siyəzəndə vətəndaşları qəbul edəcək

Dekabrın 6-da saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Siyəzən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək. Qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Siyəzən rayonuna aparılıb gətirilmələri təmin ediləcək.
Vətəndaşlar qəbula yazılmaq üçün info@mlspp.gov.az elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Nazirliyin Aparatında (012) 541 98 05,

Rayonlar üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərində:

Quba - (023-33) 5-39-79;
Ousar - (023-38) 5-25-43; 5-33-45.
Xaçmaz - (023-32) 3-34-11; 5-38-73.
Şabran - (023-35) 3-27-92; 3-24-81.
Xızı - (023-31) 5-02-18.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)