Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda məktəbli qıza qarşı zor tətbiq edən kişi tutuldu



Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd edənin şəxsiyyəti müəyyənləşdirilib.


Azərbaycaninfo.az report-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində Lənkəran şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Mirzə Vahabov tutulub.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb. Həmin ərazidə naməlum şəxs 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.
Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.


0 0



Şərhlər (Facebook)