Azərbaycan İnformasiya Agentliyi (AİA)


2 uşaq atası özünü öldürdü



Xaçmazda intihar hadisəsi baş verib

Bu gün saat 18 radələrində Xaçmazın Qaraqurtlu kənd sakini, 56 yaşlı Malik Nurməmməd oğlu Səmədov özünü yaşadığı evin dam altından iplə asaraq intihar edib.

Azerbaycaninfo.az istipress.com-a istinadən bildirir ki,Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin ilkin tibbi ekspertizası həyata keçirilib.

Xaçmazın hüquq -mühafizə orqanlarından əldə etdiyimiz məlimata görə, mərhum Malik Səmədov 2 uşaq atasıdır. İlk olaraq onun oğlunun xəstə olmasına görə özünü intihar etdiyi ehtimal edilir. Faktla bağlı Xaçmaz Rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanılıb.


0 0



Şərhlər (Facebook)