Azərbaycan İnformasiya Agentliyi (AİA)


Vergilər naziri Fazil Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib


Vergilər naziri Fazil Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Vergilər naziri Fazil Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Növbəti belə qəbul dekabr ayının 20-də Vergilər naziri Fazil Məmmədov tərəfindən Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentində Sumqayıt şəhərindən və Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşlar üçün keçirilmişdir. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-yə yaxın vətəndaş vergilər nazirinə müraciət etmişdir.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildirmişlər.

Ayxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)