Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanlı bacılar Türkiyə universitetində birinci oldular



Əcnəbi tələbə sayı yüksək olan Türkiyənin Baxçeşəhir Universitetində bir neçə gün bundan əvvəl məzun günü keçirilib. Məzun gününə 3100 tələbə qatılıb. 57 ölkədən 288 əcnəbi tələbə məzun olub.

Azerbaycaninfo.az-ın Modern.az-a istinadən məlumatına görə, Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub. O, özünü çox xoşbəxt hiss etdiyini deyib.

“Universiteti yüksək nəticə ilə bitirdiyimə görə çox xoşbəxtəm. Baxçeşəhir Universitetində oxuyan hər kəs çox fərqli düşüncəyə sahibdir. Hər bir insan uğura nail olursa, bu təsadüf deyil. Uğurun əldə edilməsində yüzdə əlli faiz bizim əməyimiz varsa, 100-də əlli faizində təhsilin və müəllimlərin əməyi var”.

Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacısıdır.

O, Universitetə daxil olduğu gündən yüksək göstərici ilə bitirəcəyini hiss etdiyini deyir.

“Bu gün 5 il bundan öncəki arzularımı gerçəkləşdirə bildiyim üçün çox xoşbəxtəm. Universitet mənə təkcə təhsil və bu sahədə uğurlar vermədi, həm də yaxşı dostlar 106 fərqli ölkədən olan insanlarla birgə olmaq şansını verdi”.


0 0



Şərhlər (Facebook)