Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakı Metropoliteninin gəlirləri artıb



Cari ilin yanvar-may aylarında metrodan istifadə edən sərnişinlərin sayı artıb.

Azerbaycaninfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə sərnişinlərin 12,7 faizi metrodan istifadə edib.

Metro ilə gedib-gələn sərnişinlərin sayı 97,5 milyon nəfər olub. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artım deməkdir.

Nəzərə çatdıraq ki, apreldə metrodan istifadə edənlərin sayı 76,0 milyon nəfər olub. 2016-cı ilin hesabat dövrü ilə müqayisədə artım 5,8 faiz təşkil edib.

Xatırladaq ki, ötən ilin əvvəlində metrodan istifadə edən sərnişinlərin sayı azalmışdı.


0 0



Şərhlər (Facebook)