Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hava mülayim keçəcək


Hava mülayim keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində Azərbaycan ərazisində mülayim və yağmursuz hava şəraiti hökm sürəcək.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)