Azərbaycan İnformasiya Agentliyi (AİA)


Artıq vakant yerlərin müsabiqəyə çıxarılması məcburi oldu



Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olub.

Azerbaycaninfo.az Trend-ə istinadən xəbər verir ki, bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resurları şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub.

V.Əsgərov qeyd edib ki, bu günə kimi vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu, məcburi norma olaraq müəyyən edilib.

Onun sözlərinə görə, əgər bundan qabaq müsabiqə ilə qəbul yalnız 5-7-ci təsnifata daxil olan inzibati vəzifələrə şamil olunurdusa, artıq yeni dəyişikliklərə əsasən, dövlət qulluğuna qəbul 1-7-ci təsnifata daxil olan inzibati vəzifələr üzrə aparılacaq. Yəni dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar.

V.Əsgərov deyib ki, dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Belə ki, müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək.


0 0



Şərhlər (Facebook)