Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bölgələrdə kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşma aparılacaq


Bölgələrdə kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşma aparılacaq

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı aqrar sahə üzrə rayonların ixtisaslaşmasına dair İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıq vermişdir. Bu tapşırığın icrası istiqamətində görülmüş işlərə dair dekabrın 24-də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması - zəruriyyət və səmərəlilik” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış edən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev regionların potensialından səmərəli istifadə çərçivəsində kənd təsərrüfatının məhsulları istehsalı üzrə iqtisadi və inzibati rayonların elmi cəhətdən əsaslan¬dı¬¬rılmış ixtisaslaşmasının vacibliyini vurğulamış, bu istiqamətdə İnstitut tərəfindən həyata keçirilən işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, İnstitutun mütəxəssisləri tərəfindən kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübə öyrənilmiş, respublikanın iqtisadi və inzibati rayonlarının təbii-iqlim xüsusiyyətləri, statistik göstəriciləri nəzərə alınmaqla xüsusi işlənilmiş metodika əsasında bölgələrin kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmasını özündə əks etdirən “İqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması”na dair hesabat hazırlanmışdır. Hesabatda hər bir iqtisadi və inzibati rayon üzrə kənd təsərrüfatı sahəsində məhsulların ixtisaslaşma səviyyəsi öyrənilmiş, üstünlük dərəcələri prioritetləşdirilmiş və müvafiq təkliflər öz əksini tapmışdır. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Röfət Hüseynəliyev çıxışında ixtisaslaşmanın mahiyyəti və əhəmiyyətindən, bu sahədəki mütərəqqi beynəlxalq təcrübədən, İnstitut tərəfindən görülən işlərdən, eləcə də Dövlət Proqramlarının icrası, rəqabətqabiliyyətliliyin artırılmasında ixtisaslaşmanın rolu və potensial imkanları barədə məlumat vermişdir. Dəyirmi masada çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev, Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru Əli Nuriyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə müdiri Mustafa Mustafayev, Bakı Dövlət Universitetinin professoru Vahid Abbasov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Emil Qasımov aqrar sahədə iqtisadi və inzibati rayonlar üzrə ixtisaslaşmanın aparılmasının vacibliyini vurğulamış, bu sahədə aparılan tədqiqatlar, topraqların quruluşu və onların ixtisaslaşmadakı rolu, regionlar üzrə statistik göstəricilərdən bəhs etmiş, ixtisaslaşmanın aparılmasına dair öz təklif və tövsiyələrini vermişlər. Tədbirdə həmçinin, kənd təsərrüfatının ixtisaslaşması istiqamətində sosial-iqtisadi, təşkilati, texniki və digər amillərin nəzərə alınması ilə araşdırmaların aparılmasını və pilot layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)