Azərbaycan İnformasiya Agentliyi (AİA)


Stress qadınlar üçün daha təhlükəlidir


Stressin nəticələri kişilərlə müqayisədə qadınlara daha dramatik təsir edir. Alimlər aşkar ediblər ki, zəif cinsin nümayəndələrinin orqanizmində stresslə əlaqədar elə neqativ proseslər yaranır ki, əks cinsin nümayəndələrində bununla rastlaşmaq olmur.

Medicina.az azertac-a istinadən xəbər verir ki, ABŞ-ın Briqama Yanqa Universitetinin əməkdaşları apardıqları tədqiqat nəticəsində müasir cəmiyyətdə qadınların keçirdikləri stress, depressiya və həyəcanlı hadisələrdən kişilərə nisbətən daha çox əzab çəkdiklərini təsdiq ediblər. Onlar həmin fenomenin səbəblərini açıqlayıblar.

Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, kişilərdən fərqli olaraq stressin təsiri altında qadınlarda bağırsaq bakteriyalarının tərkibi dəyişilir. "Kişi və qadın orqanizmində bağırsaq mikrobiomu stressə müxtəlif cür reaksiya verir", - deyə layihənin müəllifi, professor Laura Bridcuoter qeyd edib.

Siçanlar üzərində aparılan təcrübə zamanı onların qəfil və qorxulu səsləri zamanı keçirdikləri stress tədqiqatçıları belə qənaətə gəlməyə əsas verib. Nəticədə stress keçirən dişi siçanların bağırsaq bakteriyalarında dəyişiklik baş verməsi aşkar olunub.

Mütəxəssislərin dediyinə görə, stress zamanı qadın orqanizmində daha çox faydalı bakteriya məhv olur və eynən yağlı qidalar qəbul edənlərdə olduğu kimi işləməyə başlayır.


0 0



Şərhlər (Facebook)