Azərbaycan İnformasiya Agentliyi (AİA)


Evli kisi ilə evli qadın dost ola bilərmi? – ALİMLƏRİN RƏYİ


Qadınlarla kişilərin dostluğu hər zaman müzakirə mövzusu olub. Bəziləri bu dostluğun mümkünlüyünə inandığı halda, bir qisim inkar edir. Əsasən də güclü cinsin nümayəndələri qadınla kişi arasında təmiz dostluğun ola biləcəyinə şübhə ilə yanaşır. Viskonsin Universitetinin alimləri də evli kişi və evli qadınların dostluğu mövzusunda geniş araşdırma aparıblar. Ailem.az araşdırmanın maraqlı nəticələrini təqdim edir.

Araşdırmanın nəticəsinə görə:

– Kişilər onlar üçün seksual cazibəsi olan qadınlarla dostluğa meyllidirlər. Kişinin dostluq etdiyi qadına ehtirası “sıfır” ola bilməz. Nə qədər gizlətməyə çalışsalar və inkar etsələr də, bu hiss hardasa üzə çıxır. Evli kişilər hesab edir ki, dost olduğu evli qadının da ona qarşı gizli ehtirası var, amma əksər hallarda belə olmur.

– Evli qadın başqa bir kişi ilə “sıfır” ehtiraslı dost ola bilər. Hər kəs dünyaya öz aləmindən baxdığından, qadının əri onu dostuna qısqanmağa meyllidir. Hesab edir ki, adamın onun arvadına qarşı (və arvadının ona qarşı) gizli ehtirası mütləq olmalıdır. Başqa sözlə, kişilər “sıfır” ehtiraslı kişi-qadın dostluğuna inanmırlar. Evli qadınlar isə bunu mümkün hesab edirlər.

– Evli qadın dost kişiyə “sıfır” ehtirasla yanaşırsa, hesab edir ki, qarşı tərəf üçün də belədir. Buna görə ərinin onu dostuna qısqanmasını anlamır. Yəni bu məsələdə iki fərqli dünyagörüşü toqquşur.

– Subay qadın da “sıfır” ehtiraslı dostluqda ola bilər. Amma bu kişi onun yeganə dostudursa, qadın onun potensial cinsi tərəfdaş (yaxud potensial ər) ola biləcəyini istisna etmir və buna ümid edir.


0 0



Şərhlər (Facebook)