Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xəstənin gözünə düşəni görüb, həkimlər əməliyyatxananı boşaltdılar - Yaralıya heç kim yaxın durmadı/ FOTO


Həkimlər Kolumbiyada göz travması ilə təcili xəstəxanaya çatdırılan əsgəri əməliyyat etməkdən imtina ediblər.

Xəbər verilir ki, onlar xəstənin gözünün rentgenini çəkən mütəxəssislər dərhal əməliyyatxananı boşaldıblar. Heç kim əsgərə yaxın durmaq istəməyib. Buna səbəb isə pasiyentin gözündə əl qumbarasının yerləşməsi olub.

Həkimlər qumbaranın hər an partlayacağından ehtiyat edib, onu xəstəxanadan çıxarıblar. Qumbara zərərsizləşdirmə əməliyyatı bomba zərərsizləşdirənlərin də iştirakı ilə yaxınlıqdakı avtobus qarajında həyata keçirilib. Əməliyyat uğurla baş tutub.

Əsgər əməliyyatdan sonra sağ qalıb, amma bir gözündə görmə problemi yaranıb.Medicina.az


0 0



Şərhlər (Facebook)