Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağdam rayon Təhsil Şöbəsinin müdirinə qarşı rüşvət iddiası -


Ağdam rayon Təhsil Şöbəsinin müdirinə qarşı rüşvət iddiası -

Ağdam royonunun tanınmış pedaqoqu Tahir Əliyevdən Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova rüşvət istəyib?

Azerbaycaninfo.az təqdim edir: Sumqayit şəhərində fəaliyyət göstərən Ağdam rayon 31 saylı köçkün əsas məktəbinin riyaziyyat müəllimi, rayonun tanınmış ziyalılarından olan Tahir Vəli oğlu Əliyev Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova barəsində şok iddia ilə çixiş edir. Belə ki, Tahir Əliyev bir nüsxəsı də "VETENPERVERLER.AZ" xəbər portalına ünvanladığı müraciətdə rastlaşdığı qanunsüz halla bağlı Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova, Azərbayca Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsınin rəisi cənab Kamran Əliyevə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova, Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma İdarəsinin rəisi cənab Malik Vəliyevə və Ağdam rayon prokuroru cənab Rəfail Zeynalova müraciət edir. Həmin müraciətdə Tahir müəllim yazır:
"Hörmətli cənab Nazir!
Hörmətli Kamran müəllim!
Hörmətli cənab Başçı!
Hörmətli Malik müəllim!
Hörmətli cənab Prokuror!
Bildirmək istəyirəm ki, mən Əliyev Tahir Vəli oğlu, riyaziyyat müəllimi kimi, 1987-ci ildə keçirilmiş attestasiyada "Baş müəllim", 1994-cü il attestasiyasında isə "Ali kateqoriyalı müəllim" adı almışam. İşlədiyim hər yerdə və hal-hazırda çalışdığim Ağdam rayon 31 saylı köçkün ümumi otra məktəbində bütün müəllim, valideyn və şagirdlərin hörmətin qazanmışam. Özüm Ağdam rayonundan məcburi köçkün olmaqla bərabər böyük bir köçkün ailəsinin başçısıyam. Aldığım əməkhaqqı ilə ailəmi güclə dolandırıram. 2017-18-ci dərs ilində cənab Nazirin tövsiyyə etdiyi kimi məktəb direktoru Rahimə Paşayeva ilə müqavilə bağlayıb işə başladım. Müqavilə 15.09.2017-ci il tarixində bağlanmışdır. Mənə 18 saat dərs yükü verildi və elə həmin vaxtdan hal-hazıra kimi həmin dərsləri tədris edirəm. Ancaq buna baxmayaraq, hələki mənim əməkhaqqım köçürülməyib. Mən, Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova ilə görüşdükdə o mənə dedi ki; "Müəllim, bir illik müqavilə 2000-3000 manata başa gəlir. Yəni bu müqaviləni Regional İdarədə və Nazirlikdə təsdiq etdirmək üçün bu qədər pul lazım gəlir. Ancaq sənə hörmət edərək 1000 manat istəyirəm". Məni təəccüb bürüdü. Dedim ki; "Mətanət xanım, ömrüm boyu mənim əlimdə 1000 manatim kom halında olmayıb". Bunu deyib ayrıldım. Eşitdiklərimə görə indi mənim müqaviləm Təhsil Nazirliyinə göndərilib və ləğv edilmək ərəfəsindədir. Ancaq, mənim müqaviləmin pozulması üçün heç bir qanuni əsas yoxdur. Mən ömrüm boyu öz şəxsiyyətimi xalqa bir ziyalı kimi tanıtdirmağa çalışmışam. Mən Təhsil Nazirinə və onun kadrlarına çox inanıram. Lakin Mətanət xanımın mənə söylədikləri əgər düzdüsə, onda deməli Nazirlikdə də bəzi nankor və rüşvətxorlar özlərinə yer ediblər.
Odur ki, Sizlərə müraciət edirəm. Özü də böyük inam hissi ilə! Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova kimilərinin hikkəsinə görə mənim müqaviləmin pozulmasına imkan verməməyi və onun barəsində qanuni tədbir görmənizi Sizlərdən xahiş edirəm. Elə hesab edin ki, hər zaman halal müəllim maaşı ilə yaşayan böyük bir ailəni fəlakətdən xilas etmiş olarsınız.
Əvvəlcədən sizlərə səmimi təşəkkürümü bildirirəm!"
İstinad olunan mənbə bu linkdir:My Webpage
"Azerbaycaninfo.az" xəbər portalı olaraq, müraciətdə adı hallanan Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanovanın da mövqeyini işıqlandırmağa hazırıq.
Ağdam rayon Təhsil Şöbəsinin müdirinə qarşı rüşvət iddiası -
Ağdam rayon Təhsil Şöbəsinin müdirinə qarşı rüşvət iddiası -



0 0



Şərhlər (Facebook)