Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağzı açıq yatanlar DİQQƏTLİ OLUN: Dişlərinizdə karies yarana bilər


Nəfəs alıb-vermə prosesi dişlərdə xəstəliklərin əmələ gəlməsi prosesinə təsir edir.

Azerbaycaninfo.az immunitet.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Zellandiyanın Stomotoloji Araşdırmalar İnstututu məlumat yayıb. Məlumatda ağzı açıq halda yatan insanların dişlərində kariesin əmələ gəlmə şansının çox olduğu yazılıb.

Ağız boşluğunda turşuluğun miqdarı normal olmalıdır. Turşuluq balansınını normal olması dişlərin qoruyucu baryerininn olması deməkdir. Belə ki ağız boşluğunda pH balansının normal olmaması və ya 7-dən yuxarı olması dişlərdə kariesin əmələ gəlməsinə səbəb olur.

Ağızda turşuluğun artması dişlərin emal təbəqəsinin korlanmasına səbəb olur ki, bu da kariesin əmələ gəlmsinin əsas səbəbi sayılır. Stomatoloqlar ən çox ağzı açıq yatan adamların ağz boşluöunun turşuluq səviyyəsinin yüksək olduğunu qeyd edirlər.

Yeni Zellandiyalı həkimlər 10 könüllü üzərində araşdırmalar aparmış və araşdırmaların nəticələrinə əsaslanaraq bu qərara gəlmişlər. Araşdırmada iştirak edənlərin burunlarını sıxıcı ilə sıxmış və ağızlarını yatan zaman xüsusi əşya ilə açıq saxlamış və ağız suyunu müayinə etmişlər. Nəticədə gündüz ağız boşluğuna pH balansı 7,3, axşam isə 7,0 olmuşdur. Ağzı açıq yatan zaman ağız boşluğunda turşuluğun miqdarının artmasını Con Çoy belə izah edib:

"Gecə yatarkən ağzı açıq qalan adamların ağzında turşuluğun miqdarı yuxunun ilk saatlarında sürətlə artır. Ağzı qapalı yatlanda turşuluğun ölçüsü 3,6 olur. Bu da dişlərin emal təbəqəsinin korlanmamasına səbəb olur. Ağzı açq halda yatarkən ağız boşluğunun temperaturu aşağı düşür ki, bu da turşuluğa təsir edərək emalı korlanmasına və kariesin əmələ gəlməsinə səbəb olur".


0 0



Şərhlər (Facebook)