Azərbaycan İnformasiya Agentliyi (AİA)


10-NZ-777 kimə məxsusdur? - Qəzanın səbəbkarlarının kimliyi niyə ictimaiyyətə bildirilmir...


Bakının Nərimanov rayonunda yeraltı piyada keçidindən istifadə etməyən kişini iki avtomobil vuraraq öldürüb. Avtomobildən birinin qeydiyyat nömrəsi müəyyən edildiyi halda prospktdə ki, quraşdırılmış kameralardan digər avtomobilin nömrəsi müəyyən edilə bilməyib. Hadisəyə səbəb olan "10-NZ-777" dövlət qeydiyyat nişanlı avtomobilin sahibi hadisə yerində qalmasına baxmayaraq digər avtomobil hadisədən qaçmağa müvəfəq ola bilib.

Xəbər verdiyimiz kimi, hadisə 40-45 yaşlı kişinin Heydər Əliyev prospektində yeraltı piyada keçidinə məhəl qoymayaraq avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istədiyi zaman baş verib.
Onu əvvəlcə “10-NZ-777” dövlət qeydiyyat nişanlı avtomobil sağ hissəsi ilə vurub. Hadisəni törədən ikinci avtomobil qəza yerindən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılıb.

İlkin məlumatda bu hadisınin məhz piyadanın səhvinin nəticəsi olaraq göstərilməsinə baxmayaraq digər tərəfdən isə "10-NZ-777" dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vuraraq digər avtomobilin altına salmasıda göz önünə gətirilməkdədir. Yol qəzası törədən "10-NZ-777" nömrəli "Land Rover Range Pover Sport" markalı avtomobilə görə, yayılmış xəbərin dərhal saytlardan silindiyi nəzərdən yayınmayıb. Hətta böyük informasiya agentliklərindən xəbərin silinməsi ictimaiyyət tərəfindən normal hal kimi qəbul edilməyib. Yol hadisəsi ilə bağlı polisin ictimaiyyətə məlumat verməməsi, hadisənin səbəbkarlarının kimlər olduğu digər avtomobilin kimliyi müəyyən edilib edilməməsidə müəmmalar katoqorisinə daxil edilib.

Azərbaycanda baş vermiş hadisə və qəzalarla bağlı ümummillikdə Polis media vasitəsi ilə ictimaiyyətə məlumat verməkdən imtina edir desək yanılmarıq. Çünki Polis hər bir media nümayəndəsinə bu məlumatları verməli olduğu halda seçim edərək kimə məlumatı ilkin verib vermeyeceyi ilə məşğul olmaqdadır.
10-NZ-777 kimə məxsusdur? - Qəzanın səbəbkarlarının kimliyi niyə ictimaiyyətə bildirilmir...
10-NZ-777 kimə məxsusdur? - Qəzanın səbəbkarlarının kimliyi niyə ictimaiyyətə bildirilmir...


0 0



Şərhlər (Facebook)