Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şəhidlərimizi Tanıyaq-Elnur Zakir oğlu Cabbarov


ŞəhidlərimiziTanıyaq

Elnur Zakir oğlu Cabbarov 1973 cü il fevralın 23-də Laçın rayonunda anadan olub. 1980-1990-Cı illərdə Laçın rayonundakı 1 saylı şəhər orta məktəbində təhsil alıb. Atası Zakir Cabbarov Laçın Rayon İcra Hakimiyyətinin başçısı olmaısna baxmayaraq çoxlarından fərqli olaraq iki oğlu İlqar və Elnur Vətənin müdafiəsinə yollayıb. Elnur 1991ci ildən Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsində Laçın rayonu ərazisində hərbi xidmətə.başlayıb. Xidmət zamanı rayonun Qayöı qəsəbəsi, Cağazur, Malxələf, Səfiyan, Güləbird, Təzəkənd, Tığık 1 kəndləri uğrunda gedən döyüşlərdə fəal iştitak edib.Bu döyüşlər zamanı aldığı yaralardan 1992-ci ilin dekabr ayından 1993-cü ilin aprel aylna qədər müalicə olunib. 1993-Cü ildə Respublika prezidentinin fərmanına əsasən ordudan tərxis olunub. Həmin ilin may ayının 28 də isə Laçın rayon Polis İdarəsinə, sıravi heyətə işə qəbul olunub.Hərbi xidmətini çətin polis xidməti ilə əvəz edən Elnur iştirak etdiyi uğurlu döyüş əməliyyatlarının hamısında komandorlərinin ona verdiyi döyüş tapşırıqlarını bacarıqla yerinə yetirib. Elnir Laçın rayonunun Səfyan, Fərəcan, Qubadlı rayonunun Muradxanlı kəndləri uğrunda gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərərək qəhrəmanlıqla vurişub. Füzuli -Cəbrayıl rayonları istiqanətində gedən uğurlu döyüş əməliyyatları zamanı Elnur 1994-cü ik dekabrın 28-də Cocuq-Mərcanlı kəndində xidməti vəzifəsin yerinə yetirərkən Şəhid olub. Qısa, lakin mənalı ömür yolu keçən Elnur Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.


0 0



Şərhlər (Facebook)