Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Azərbaycan Həqiqətlərinin Müasir İnformasiya Sistemlərində Təbliğatının Təşkil Edilməsi”



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının və “Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai birliyinin birgə əməkdaşlığı ilə "Azərbaycan Həqiqətlərinin Müasir İnformasiya Sistemlərində Təbliğatının Təşkil Edilməsi" layihəsi həyata keçirilib.
Qeyd edək ki, layihədə iştirak etmək üçün sosial şəbəkələrdə kifayət qədər aktiv, peşəkar dil biliklərinə sahib olan asan könüllülərinə üstünlük verilib. Layihəyə seçilmiş iştirakçılara ilk olaraq sosial şəbəkələrdən düzgün istifadə və təbliğat qaydaları ilə bağlı təlimçilər tərəfindən hazırlanmış təlim materialları tədris edilmişdir. Təlim-tədris prosesi başa çatdıqdan sonra iştirakçıların hər biri özlərinə sosial şəbəkədə aktiv olan 100-ə qədər könüllü komandası toplamış və bununla da kampaniyaya start verilmışdir. 1000-dən çox gənc iştirakçı tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müəyyən olunmuş haştaqlarla 20000-dən çox tvit atılmışdır.


0 0



Şərhlər (Facebook)