Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əlyazmalar İnstitutu Tehranın Məclis kitabxanasından yeni əlyazmalar toplusu əldə edib


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Osmanlı şairlərinin şeirlərindən ibarət əlyazma məcmuəsinin surətini əldə edib. 133 səhifədən ibarət bu topluda əsasən XVI-XVII əsrlərdə yaşamış Osmanlı şairləri Xəyali, Baqi, Növi, Nicati, Şeyxülislam Yəhya, Nəfʼi, Haləti, Nami, Zati, Fəğani, Xudayi, Heyrəti, Ruhi və başqaları ilə bərabər, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də əsərləri, qəzəllərinə yazılmış nəzirə və təxmislər mühüm yer tutur.
Məcmuə Füzuli yaradıcılığının Osmanlı ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir etdiyini bir daha sübut etməkdədir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi



0 0



Şərhlər (Facebook)