Azərbaycan İnformasiya Agentliyi (AİA)


Anar Məmmədovun külli miqdarda borcu var: kütləvi istefalar başladı


Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Qolf Federasiyasında kütləvi istefalar davam edir.

AQF-nin təlimçisi Emin Zeynalov, baş katibi Nigar Süleymanovadan sonra daha bir üzvü qurumdan uzaqlaşıb.

Azerbaycaninfo.az unikal.org-a istinadən xəbər verir ki, AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva da federasiyanı tərk edənlər siyahısındadır. Belə ki, uzun müddətdir işçilərini maaş üzünə həsrət qoyan federasiya rəhbərliyi rəsmi şəkildə fəaliyyətini dayandırmaqla bağlı qərarlarını yaxın zamanda nazirliyə bildirəcək. Məlumatda bildirilir ki, qurumun işçilərinə külli miqdarda borcu var.

Federasiya bu "yükün” öhdəsindən gələ bilməyəcəyi üçün belə bir addım atmaq niyyətinə düşüb. Verilən məlumatda o da bildirilir ki, hazırda qeyri-rəsmi şəkildə fəaliyyətini dayandıran AQF-nin inzibati binasını "toz basıb”. Ofisə demək olar ayaq basan yoxdur.

Sayt məsələ ilə bağlı AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyevayla əlaqə saxlayıb. O, açıqlamasında federasiyadan istefa verməsi xəbərini təsdiqləyib. Quliyeva artıq bir müddətdir ki, qurumdan uzaqlaşdığını diqqətə çatdırıb.


0 0



Şərhlər (Facebook)