Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə OPERATİV MƏLUMAT


07 Yanvar 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olmuşdur.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş əlqumbarasının ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.
Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilmişdir.
Azərbaycan Respublikası

Nazirlər Kabineti

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)


0 0



Şərhlər (Facebook)